Modern.az

Bakı, Sumqayıt və Abşeronun bəzi ərazilərində su kəsiləcək

Bakı, Sumqayıt və Abşeronun bəzi ərazilərində su kəsiləcək

Aktual

Bu gün, 11:12

Bakının Binəqədi rayonunun, eləcə də Sumqayıt şəhərinin və Abşeron rayonunun bəzi ərazilərinə suyun verilişində fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması ilə bağlı aparılan işlərdir.

Fasilə mayın 14-ü səhər saatlarından mayın 16-sı günorta saatlarına qədər olacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?