Modern.az

Bakı ilə Ankara arasındakı münasibətlərə heç bir qüvvə xələl gətirə bilməz -Cavanşir Feyziyev

Bakı ilə Ankara arasındakı münasibətlərə heç bir qüvvə xələl gətirə bilməz -Cavanşir Feyziyev

Aktual

Bu gün, 09:08

Milli Məclisin deputatı Cavanşir Feyziyev Media Türk TV-yə müsahibəsində Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz xarakterindən danışıb.

Modern.az-ın məlumatına görə, deputat vurğulayıb ki, Bakı ilə Ankara arasındakı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinə heç bir qüvvə xələl gətirə bilməz. Onun sözlərinə görə, hər bir dövlət məmuru və deputat öz açıqlamalarında məsuliyyətli davranmalı, səsləndirdiyi fikirlərin Azərbaycan-Türkiyə münasibətlərinə mümkün təsirlərini nəzərə almalıdır.

Cavanşir Feyziyev qeyd edib ki, iki qardaş ölkə arasındakı münasibətlərin qorunması və daha da möhkəmləndirilməsi hər kəsin məsuliyyətidir. Bu əlaqələr təkcə dövlətlərarası əməkdaşlığa deyil, həm də xalqlarımızın tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Qazaxıstana nota verdi -Azərbaycanlı müğənniyə görə gərginlik