Ermənistanın sabiq prezidenti Robert Köçəryanın işi üzrə məhkəmə iclasında prokurorun səhhəti pisləşib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, prokuror Hayk Hovhannisyan 2008-ci il 1 mart hadisələri ilə bağlı iş üzrə aparılmış ekspertizaların nəticələrini oxuyarkən qəfil fasilə verib.
Hakim Sarkis Petrosyan isə buna etiraz etməyib. Prukurorun halının pisləşmə səbəbi açıqlanmayıb.