Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsinin adı olsa da, sayt bir neçə ildir ki, işləmir. Bununla da nazirlik “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozur. Xatırladaq ki, 2005-ci ildə qəbul edilən “İnformasiya əldə etmək haqqında” Qanuna görə, bütün dövlət qurumlarının saytı fəaliyyət göstərməlidir.
Məsələyə münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli Modern.az-a bildirib ki, hazırda yeni saytın layihəsi hazırlanır: “Nazirliyin bütün strukturları həmin layihəyə uyğun olaraq şəbəkəyə qoşulacaq. İş davam etdirilir. Web-səhifənin açılışı bu ilin sonuna nəzərdə tutulub, amma konkret olaraq planlaşdırılmayıb”. Saytın adına gəlincə isə mətbuat xidmətinin rəhbəri bildirib ki, saytın köhnə adı (mlspp.gov.az) saxlanılacaq.