13mart | Ana Səhifə - Yazılar - Anara borcum var
Anara borcum var

Musa Urud,
millət vəkili


Azərbaycanın birinci Anarının səksən yaşı tamam olur. Mən bilmirəm ölkədə Anar adında neçə adam var, amma bilirəm ki, bütün anarların adı birinci Anardan gəlmədi. Bilmirəm öz adlarına (özü də gözəl səslənən adlarına!) görə anarlar birinci Anara nə qədər borcludular, amma mənim Anara ən azı üç borcum var...


Mənim Anara ən azı üç borcum var və mənə elə gəlir ki, bu borcları qaytara bilməyəcəyəm.


Birinci borcum ondan ibarətdir ki, bir vətəndaş olaraq mənim arzuladığım, amma görə bilmədiyim işləri Anar məndən əvvəl və məndən gözəl görüb...


...Altmışıncılar deyilən güclü və nüfuzlu ədəbi nəslin ən görkəmli nümayəndələrindən biri heç şübhəsiz ki, xalq yazıçısı Anardır. Öz parlaq istedadı, dərin zəkası, yüksək mədəniyyəti, hərtərəfli biliyi və savadı ilə, hələ çox gənc ikən təkcə Azərbaycanda deyil, o vaxtkı ümumi vətən sayılan SSRİ adlı fövqəldövlətin ədəbi-mədəni mühitində böyük nüfuz qazanmış Anar, milli ədəbiyyatımızın dəyərli nümunələrini yaratmış, xalqımızı ləyaqətlə təmsil edən bir qələm adamı, sonra isə ictimai-siyasi xadim kimi şərəfli bir ömür yolu keçmişdir.


Anarın xidmətləri olduqca böyük və çoxşaxəlidir. Onun təkcə “Qobustan” jurnalında fəaliyyəti milli kimliyimizin tanınması, mənəvi dəyərlərimizin qorunması və təbliği, azərbaycançılıq, türkçülük şüurunun oyaq qalması və s. istiqamətlərdə bir institutun görəcəyi iş qədər sanballı və qiymətlidir.


Anarın ssenarisi əsasında və ya rejissorluğu ilə çəkilən Dədə Qorqud, Üzeyir Hacıbəylı, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mirzə Fətəli Axundov kimi milli dəyərlərimizin kino ömrünü yaradan filmlər milli kinomuza dəyərli tövhələr olmaqla yanaşı, həm də böyük ictimai-siyasi məzmun kəsb edən tarixi çağırışlardır.


Anar milli ruhlu ziyalılarımızın ən öndə gedənlərindəndir. Dil, milli birlik, mədəni kimlik, Vətənin bölünməzliyi, Türk dünyasının bütövlüyü Anarın həyatında və yaradıcılığında mühüm yer tutur.



...Anara ikinci borcum ondan ibarətdir ki, o ötən əsrin 70-ci illərində mənim doğma kəndim Urudu ziyarət eləyib. Uruddakı qədim alban-türk qəbiristanlığında foto və video çəkiliş aparmış, bunun əsasında “Daş saatın səsi” adlı sənədli filmini yaratmışdır. Məhz bu filmdə, həm də Sovetin kəsakəs vaxtında ilk dəfə olaraq (qüdrətli sənətkarımız Həsən Əblucun səsi ilə) Zəngəzurun qədim türk yurdu olduğu vurğulanmışdır.


1988-ci ildə erməni separatizminə dirəniş hərəkatı başlayanda Anar bu hərəkatın önündə gedənlərdən oldu. O dövrdə Anarın hər sözü, yazısı, çıxışı bir hadisə idi və xalqın sözü, istəyi kimi qəbul edilirdi. O illərdə Ermənistan SSR-dəki dədə-baba yurdlarından qovulan azərbaycanlılar bir ümid yeri kimi, Azərbaycan Yazıçılar İttifaqına, SSRİ Ali Sovetinin deputatı Anara üz tuturdular. Anar 1990-cı il yanvar faciəsindən sonra SSRİ Ali Sovetinin sessiyasında çıxış edərək, Qorbaçovun etirazına baxmayaraq 20 yanvar şəhidlərinin xatirəsini bir dəqiqə sükutla yad etmək üçün sessiya iştirakçılarını ayağa qaldırmışdı...


...Anara üçüncü borcum və minnətdarlığım şəxsimə olan qayğısı və hörməti ilə bağlıdır. Dəyərli ziyalı, dünya şöhrətli yazıçı olması ilə yanaşı Anar həm də qayğıkeş bir rəhbərdir. Otuz ildən çoxdur ki, Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edən Anarın çiynində nə qədər ağır yük, qəlbində nə qədər narahatlıq daşıdığını, “ağzından süd iyi, sözündən qan iyi gələn” adamları tanımayan kəs hiss edə bilməz. Amma Anar həmişə ədalətlidir, istedada, ləyaqətə, hörmətə, mədəniyyətə qiymət verəndir. Mənim Yazıçılar Birliyinə üzvlük biletimdə Anarın imzası var. Mənim iki kitabımın təqdimatında Anar iştirak edib və dəyərli fikirlər söyləyib. 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə ilk dəfə on nəfər yaradıcı gəncə Prezident təqaüdü verildi. Siyahıda mən də var idim. Özümün xəbərim belə olmadan Anar məni Prezident təqaüdünə təqdim etmişdi.


Mən 2000-ci ildə Milli Məclisə seçiləndə Anar artıq təcrübəli deputat və Mədəniyyət komissiyasının sədri idi. Mandatlarımız təsdiq olunan günün axşamı Anar mənə telefon açdı, təbrik elədi və sədri olduğu komissiyaya üzv olmağımı təklif etdi. Razılaşdım. Əslində mənim kimi gənc millət vəkili üçün Anar, Bəxtiyar Vahabzadə, Zeynəb Xanlarova, Maqsud İbrahimbəyov, Vaqif Səmədoğlu, Amalya Pənahova, Zəlimxan Yaqub, Mikayıl Mirzə kimi şöhrətli ədəbiyyat və sənət adamları ilə bir komissiyada olmaq böyük bir şərəf işi idi.


...Anar bir ləyaqət nümunəsidir. Allah verən ömrü ləyaqətlə və şərəflə yaşamaq xoşbəxtlikdir. Anar xoşbəxt adamdır.


...Dünyada indiyə qədər milyonlarla Musa adında adam olub və var. Amma hər Musa adı çəkiləndə, yalnız bir Musa – Musa peyğəmbər yada düşür.


Dünyada bundan sonra nə qədər Anar adlı adam olsa da, - hər Anar adı çəkiləndə bir Anar yada düşəcək: bizim müasirimiz və ağsaqqalımız, tanıdığımız, sevdiyimiz və varlığı ilə qürur duyduğumuz ANAR.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub 27 May 2019, 15:00 Minsk Qrupunun həmsədrləri Yerevana gəlib 27 May 2019, 14:53 “Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat 27 May 2019, 14:51 Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın   27 May 2019, 14:46 Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...” 27 May 2019, 14:45 Berluskoni Avropa parlamentinin deputatı seçildi 27 May 2019, 14:35 Əfqanıstan baş nazirinin müşaviri öldürüldü 27 May 2019, 14:23 Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara müraciət etdi 27 May 2019, 14:14 Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlandı 27 May 2019, 14:10 Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda  27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59