Modern.az

Tovuzda qəza: xəsarət alan var

Tovuzda qəza: xəsarət alan var

Hadisə

15 Oktyabr 2026, 22:43

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “KIA” və “VAZ 2106” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ 2106” markalı avtomobildə olan sərnişin xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi