Paytaxtın Binəqədi rayonunun Xutor qəsəbəsində qadınlara və uşaqlara qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən şəxs ələ keçib.
Modern.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Ülvi Mikayılov saxlanılıb.
***
13:33
Bakının Binəqədi rayonu, Xutor qəsəbəsində manyak peyda olduğu iddia edilir.
Modern.az xəbər verir ki, bu barədə aktyor Vüsal Əhmədzadə sosial şəbəkədə etdiyi müraciətində bildirib.
Onun sözlərinə görə, manyak qadınlara və uşaqlara yaxınlaşaraq əxlaqsız hərəkətlər edib.
Hətta həmin şəxsin qadınları vurduğu, onların çantasını götürməyə çalışdığı da iddia olunub.
Polisin məsələdən məlumatlı olduğu və sözügedən cinayətləri törədənin kimliyinin müəyyənləşdiyi bildirilir. Məlumata görə, hazırda onun tapılması üçün tədbirlər görülür.