Modern.az

Azərbaycanda ağır qəza - ÖLƏN VAR 

Azərbaycanda ağır qəza - ÖLƏN VAR 

Hadisə

Bu gün, 09:05

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Əliyev Mahmudun sükanı arasında olduğu "Isuzu" markalı yük maşını yol kənarında dayanmış "Mercedes" markalı yük maşınına çırpılıb.

Nəticədə "Isuzu" markalı yük maşınında olan sərnişin - 1980-ci il təvəllüdlü İmişli rayon sakini Cabbarov Taleh hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Qazaxıstana nota verdi -Azərbaycanlı müğənniyə görə gərginlik