Modern.az

Toralın komandası heç-heçə etdi

Toralın komandası heç-heçə etdi

İdman

Bu gün, 19:42

Türkiyə 1-ci Liqasında 16-cı turun oyunları keçirilir. 

Modern.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" səfərdə "Vanspor"un qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə 27-ci dəqiqədə Emirhan Başyiğitin öz qapısına vurduğu qolla hesabı qonaqlar açsa da, 38-ci dəqiqədə Keleçi İheanaço tarazlığı bərpa edib.

Millimizin üzvü matça start heyətində başlayıb və sonadək meydanda olub.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Bursaspor" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Vanspor" isə 17 xalla 16-cı pillədə yer alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV