Modern.az

FİFA tarixində presedent: Trampın müraciəti nəticə verdi

FİFA tarixində presedent: Trampın müraciəti nəticə verdi

İdman

Bu gün, 10:02

ABŞ Prezidenti Donald Trumpin müraciətindən sonra FIFA ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı intizam qərarında dəyişiklik edib.

Modern.az xəbər verir ki, Balogun Bosniya və Herseqovina ilə oyunda aldığı birbaşa qırmızı vərəqəyə görə növbəti qarşılaşmanı buraxmalı idi. Lakin yayılan məlumata əsasən, Tramp şəxsən FİFA prezidentinə müraciət edərək qərarın yenidən nəzərdən keçirilməsini istəyib.

Bildirilir ki, qırmızı vərəqə ləğv edilməsə də, diskvalifikasiyanın icrası bir il sınaq müddəti ilə təxirə salınıb. Bu səbəbdən futbolçunun Belçikaya qarşı 1/8 final oyununda iştirakına icazə verilib.

Tramp qərarı "böyük ədalətsizliyin aradan qaldırılması" kimi qiymətləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV