Modern.az

“Bavariya” “Leypsiq”i darmadağın edib

“Bavariya” “Leypsiq”i darmadağın edib

İdman

Bu gün, 01:49

Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın altıncı turunun mərkəzi qarşılaşmasında “Bavariya” Münxendə “Leypsiq”i qəbul edib.

Modern.az xəbər verir ki, görüşdə münxenlilər rəqibi darmadağın ediblər – 6:1. Ev sahiblərinin heyətində Luiş Dias het-trik edib. O, görüşün 12-ci, 47-ci və 69-cu dəqiqələrində fərqlənib. Komandanın digər qollarını Aleksandar Pavloviç (26), Mişel Olise (34) və Harri Keyn (54) vurublar. “Leypsiq”in təsəlli qolunu isə matçın sonunda (90+1) Andriya Maksimoviç vurub.

Dortmundun “Borussiya” klubu bu turda paytaxt səfərində xal itirib. Berlində “Union” ilə görüş qolsuz heç-heçə başa çatıb. “Verder Bremen” – “Paderborn” görüşü də heç-heçə başa çatıb – 2:2.

“Hamburq” öz meydanında “Ştutqart”ı, “Maynts” isə səfərdə “Şalke”ni minimal hesabla məğlub edib – 1:0. Ümumilikdə yeddi qolun vurulduğu “Elversberq” – “Auqsburq” görüşündə ev sahibləri qalib gəliblər – 4:3.

Tura sabah keçiriləcək “Bayer” – “Frayburq” və “Borussiya Mönxenqladbax” – “Hoffenhaym” görüşləri ilə yekun vurulacaq. Bu turun açılış matçında isə Frankfurtun “Ayntraxt” klubu ev oyununda “Köln”ə qalib gəlib – 1:0.

Altı turdan sonra “Bavariya” və “Borussiya Dortmund”un 14 xalı var. Hesabında 13 xal olan “Frayburq” liderliyi qorumaq üçün sabahkı görüşdə mütləq qalib gəlməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı