Modern.az

Donbasda vəziyyət gərginləşib

 Donbasda vəziyyət gərginləşib

Dünya

20 Aprel 2016, 23:32

 

Donbasda atəşkəs rejiminin pozulması halları kəskin artıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bildirib.  

“İşçi qrupunun əlaqələndiricisi atəşkəs rejiminin pozulması hallarının kəskin artdığına görə narahatlığını ifadə edib. Xüsusən aprelin 6-dan sonra. Sutka ərzində 5 000-dək atəşkəs rejiminin pozulması halları qeydə alınıb, bu çox qorxuludur. Atışma zamanı əvvəl təmas xəttindən geri çəkilən ağır silahlar, artilleriya və minaatanlardan istifadə olunub”, - deyə M.Saydik bildirib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı