Modern.az

İranın ŞOK Kərkük planı - DETALLAR

İranın ŞOK Kərkük planı - DETALLAR

Dünya

26 Aprel 2016, 11:14

İran İnqlibanın Mühafizəsi Korpusu İraqın Mosul şəhərini İŞİD terrorçularından azad etmək üçün bölgəyə “HƏMAS” təşkilatının hərbləşdirilmiş dəstələrini, Yəməndəki Husiləri və Livandakı “Hizbullah” qruplaşmasının döyüşçülərini göndərəcək.

Modern.az ərəb ölkələrində populyar olan “Əş Şark əl-Ausat” qəzetinə istinadən xəbər verir ki, 2014-cü ilin iyunundan bəri şiələr üçün bir çox müqəddəs abidələrin yerləşdiyi Mosulu nəzarətdə saxlayan İŞİD-çilər bu hücumları dəf etmək üçün ciddi hazırlıq keçirlər.

“Əş Şark əl-Ausat” qəzetinin məlumatına görə, rəsmi Tehran bir çox neft mədənlərinin yerləşdiyi Kərkük şəhərinə də müdaxilə etməyə hazırlaşır. Şəhəri əlində saxlayan kürdlərin qüdrətinə zərbə vurmaq üçün planlaşdırılan əməliyyatda əsasən “HƏMAS” döyüşçülərindən istifadə olunacağı gözlənilir.


Vüqar İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir