Modern.az

Azərbaycanda içməli su problemi yarandı - "Azərsu"dan XƏBƏRDARLIQ

Azərbaycanda içməli su problemi yarandı - "Azərsu"dan XƏBƏRDARLIQ

Aktual

14 İyun 2016, 13:11

Kür çayında suyun bulanıqlığının artması ilə əlaqədar bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb.

Bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb. Bu gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Nizami və Xətai rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcək. Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı