Modern.az

Fransa yığması növbəti mərhələyə yüksəldi

Fransa yığması növbəti mərhələyə yüksəldi

16 İyun 2016, 01:08

İyunun 15-də AVRO-2016 qrup mərhələsində II turun sonuncu oyununda Fransa və Albaniya yığmaları üz-üzə gəlib. Modern.az saytı xəbər verir ki, oyunun ilk hissəsində hesab açılmayıb.  

Fransızlar albanların müqavimətini yalnız  90-cı dəqiqədə qıra bilib. Qolları matçın son dəqiqələrində Antuan Qrizman (90 dəq.) və Dmitri Paye (90+5) vurub. Beləliklə, oyun Fransa yığmasının üstünlüyü ilə başa çatıb: - 2:0.

Bununla da iki oyundan sonra 6 xal qazanan fransızlar vaxtından əvvəl turnirin növbəti mərhələsinə yüksəliblər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü