Modern.az

 Azərbaycanın “qara siyahı”sına düşən politoloq: “Bakı pomidoru yeməyə davam edəcəm”

 Azərbaycanın “qara siyahı”sına düşən politoloq: “Bakı pomidoru yeməyə davam edəcəm”

Aktual

23 İyun 2016, 13:58

Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına düşməsinin onu kədərləndirmədiyini deyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, politoloq bütün baş verənlərə baxmayaraq, yenə də Azərbaycan pomidorunu yeməyə davam edəcək və Müslüm Maqomayevi dinləyəcək.

 

“Mənə Azərbaycan XİN-nin qərarı restoranda sifariş etdiyim salata əgər Bakı pomidoru düşərsə, onu yeməyimə mane olmayacaq, nə də ki, düşbərə yeməyim. Müslüm Maqomayevin musiqilərini də dinləməyə davam edəcəm. Başa düşmürəm, “qara siyahı”ya düşməyim mənə necə mənfi təsir edəcək”.

 

Satanovski Azərbaycanla bağlı planları və biznesi olmadığı üçün “qara siyahı”ya düşməsinə laqeyd münasibət göstərib. O, həmçinin azərbaycanlı tanışlarının da olduğunu deyib.

 

“Son 25 ildə mənim korporasiyamın baş mühasibi azərbaycanlı olub. Mən indi onunla və onun ailəsi ilə dava etməliyəm?”.

 

Qeyd edək ki, Yevgeni Satanovski Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün iyunun 21-də Azərbaycan XİN-nin “qara siyahı”sına daxil edilib.  

 

Vüqar İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü