Modern.az

Həmsədrlər bəyanat yaydı

Həmsədrlər bəyanat yaydı

Aktual

24 İyun 2016, 21:23

“ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişə tərəfləri mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatda öz əksini tapmış razılaşmalara hörmət etməyə çağırılır”. Modern.az saytı xəbər verir ki, bu barədə həmsədrlərin birgə bəyanatında bildirilir.

"Biz Azərbaycanı və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa çağırırıq. Həmçinin substantiv danışıqlarda irəliləyişə nail olmağa və ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə çağırırıq. Biz prezidentlərin son iki görüşünün nəticələrinin irəliləyişi üçün tərəflərlə əməkdaşlığımızı davam etdirəcəyik", - deyə bəyanatda vurğulanır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü