Modern.az

Əfsanəvi basketbolçu idman səfiri təyin olunub

Əfsanəvi basketbolçu idman səfiri təyin olunub

Aktual

26 İyun 2016, 00:39

Əfsanəvi basketbolçu Şakil Onil ABŞ Xarici İşlər Nazirliyinin idman səfiri təyin olunub. Modern.az saytı Anspress-ə istinadən xəbər verir ki, sabiq basketbolçu ABŞ Xarici İşlər Nazirliyinin idman səfiri kimi Kubaya səfər edəcək.

 

Şakil Onil Kubada ölkələr arasında idmanı və mədəni əlaqaləri inkişaf elətdirəcək. Ondan əlavə “Dallas Maveriks” klubunun baş məşqçisi Kaleb Kanales də Kubaya yollanacaq.

 

Onlar gənc idmançılar ilə görüşəcəklər. Əfsanəvi basketbolçu iyun ayının 23-dən 28-ə kimi Kubanın paytaxtı Havanada olacaqlar.

 

Şakil Onil Milli Basketbol Assosiasiyasının ən dəyərli basketbolçularından biridir. O, MBA-nın 4 dəfə çempionu olub. 1996-cı ildə Olimpiya çempionu olub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü