Modern.az

“Azadlıq” radiosunun Vergilər Nazirliyinə qarşı iddiası təmin edilməyib

“Azadlıq” radiosunun Vergilər Nazirliyinə qarşı iddiası təmin edilməyib

Aktual

29 İyun 2016, 20:59

1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyinin Vergilər Nazirliyinə qarşı iddiası üzrə məhkəmə başa çatıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, məhkəmə iddianı  mümkünsüz sayıb.

Qeyd edək ki,  nümayəndəlik 2015-ci ilin yanvarından 2016-cı ilin martınadək “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyində aparılan yoxlama nəticəsində vergi orqanının tərtib etdiyi "Akt"ın ləğvi və həmin "Akt" əsasında çıxarılan qərarın etibarsız sayılmasına dair iddia ilə məhkəməyə müraciət edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı