Modern.az

“Qəbələ” "Samtredia"nı məğlub edib

“Qəbələ” "Samtredia"nı məğlub edib

30 İyun 2016, 23:08

Bu gün Qəbələnin eyni adlı futbol klubu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Modern.az saytı xəbər verir ki, “Qəbələ” Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşıb. "Bakcell Arena"da keçirilən oyun meydan sahiblərinin üstünlüyü ilə keçib. Oyunu ilk dəqiqələrdən hücumlarla başlayan Qəbələ təmsilçisi 15-ci dəqiqədə hesabı açıb. 19-cu dəqəqədə  Sergey Zenyov ikinci topu rəqib komandanın qapısından keçirib. Amma bu da oyunda vurulan son qol olmayıb. Hakimin final fiti isə Qəbələnin 5:1 hesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, cavab görüşü iyulun 7-də Zestafonidə baş tutacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı