Modern.az

Moskvada adamları ildırım vurdu: 1 nəfər öldü

Moskvada adamları ildırım vurdu: 1 nəfər öldü

Aktual

3 İyul 2016, 19:13

Moskva yaxınlığındakı Şelkove parkında ildırım vurması nəticəsində 1 nəfər ölün, 3 nəfər yaralanıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, zərərçəkənlər müxtəlif dərəcəli ağır yaralarla xəstəxanaya yerləşdiriliblər.

Bundan əlavə, mobil telefonla danışan 12 yaşlı oğlanı da ildırım vurub. O, şok keçirsə də, huşunu itirməyib və bütün suallara cavab verə bilir. Təcili yardım maşını onu uşaq xəstəxanasına aparıb.

34 yaşlı Vladimir Q. hadisə yerindəcə ölüb. 36 yaşlı Tatyana Z., 64 yaşlı Valentina Ş., eləcə də 40 yaşlı Svetlana K. və onun 3 yaşlı oğlu Aleksandr xəstəxanaya aparılıblar.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü