Modern.az

Bakıda ana və qızını maşın vurdu: ana ölüb

Bakıda ana və qızını maşın vurdu: ana ölüb

Aktual

22 İyul 2016, 00:09

Bakının Xəzər rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, Pirşağı qəsəbəsində hərəkətdə olan Renault markalı avtomobil qızı ilə yolu keçmək istəyən 57 yaşlı Zöhrə Əhmədovanı vurub. Nəticədə ana ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Zöhrə Əhmədovanın xəsarətləri ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Sürücü saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.

 

Faktla əlaqədar Cinayət Məcəllənin 263.3 (avtonəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü