Modern.az

“İngilis dili fənni üzrə markerlərin hazırlanması nəzərdə tutulur”

“İngilis dili fənni üzrə markerlərin hazırlanması nəzərdə tutulur”

Aktual

29 İyul 2016, 15:53

 

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında yazı işlərini (eləcə də esseləri) yoxlayıb qiymətləndirəcək mütəxəssislərin (markerlərin) hazırlanması istiqamətində iş aparılır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili, riyaziyyat və ingilis dili ixtisasları üzrə magistr dərəcəsi almış gənclərlə görüşündə deyib.

 

O bildirib ki, indiyədək ana dili və riyaziyyat fənləri üzrə mütəxəssislər hazırlanıb. Lakin qarşıdakı tədris ilindən başlayaraq ingilis dili fənni üzrə də markerlərin hazırlanması nəzərdə tutulur.

Görüşdə hər bir fənn üzrə magistrlərlə yazı işlərinin yoxlanılması ilə bağlı praktik treninqlər keçiriləcəyi, treninqdə uğurla iştirak edənlərin yazı işlərinin yoxlanılmasına marker qismində cəlb olunacağı və əməkdaşlığın müxtəlif sahələr üzrə aparılacağı vurğulanıb.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı