Modern.az

Zaur Baxşəliyev ATV-də yeni verilişə başlayır...

Zaur Baxşəliyev ATV-də yeni verilişə başlayır...

31 Yanvar 2011, 13:56

“Azad Azərbaycan” telekanalında yayımlanan “Onun yarısı” verilişinin taleyi bəlli olub. Ev xanmları arasında populyar olan bu proqramın yayımına birdəfəlik son verilib. Bu barədə ATV-də adının çəkilməsini istəməyən mənbə Modern.az-a bildirib.

ATV-nin aparıcısı Zaur Baxşəliyev barədə müəmmalara da aydınlıq gəlib. Verilən məlumatda qeyd edilir ki, Z.Baxşəliyev ATV-də fəaliyyətini davam etdirəcək. Yəni o, kanaldan birdəfəlik uzaqlaşdırılmayıb.
“Zaur Baxşəliyevin ATV telekanalında yayımlanacaq yeni layihəsi üzərində hazırlıq işləri tamamlanmaq üzrədir. Onun aparacağı yeni verilişin fevral ayında efirə gedəcəyi gözlənilir”.
Qeyd edək ki, artıq efirdə Zaurun yeni layihəsinin reklam roliki yayımlanır. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü