Modern.az

Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın olub

Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın olub

Aktual

5 Avqust 2016, 21:45

Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, yanğın qoruğun Balakən rayonu ərazisinin Qaraçay sahəsinin 5 saylı dolayında qeydə alınıb.

Əraziyə dərhal nazirliyin yerli qurumları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Alovun qarşısı tam alınıb.

Yanğın nəticəsində qoruğun 6 sot ərazisində olan xəzəl və quru ot örtüyü yanıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü