Modern.az

Daha bir azərbaycanlı idmançı Olimpiadada mübarizəni dayandırdı

Daha bir azərbaycanlı idmançı Olimpiadada mübarizəni dayandırdı

10 Avqust 2016, 22:05

Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Boris Kirillov mübarizəyə qatılıb. 

 

B.Kirillov kişilərin 200 metr məsafəyə arxası üstə üzgüçülük yarışında seçmə mərhələdə finişə 2 dəqiqə 5,01 saniyəyə çatıb.

 

Bu nəticə ilə 24 yaşlı idmançı nəinki öz qrupunda, ümumilikdə 26 iştirakçı arasında sonuncu olub. O, nəticədə "16-lıq"dan kənarda qalaraq, mübarizəni dayandırıb.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü