Modern.az

Dünyanın ən bahalı metrosu – Fotolar

Dünyanın ən bahalı metrosu – Fotolar

Aktual

4 Sentyabr 2016, 23:20

Avstriyalı Hufton + Crow fotodueti bu günlərdə 11 sentyabr 2001-ci il terror aktları zamanı dağılan binaların yerində tikilən Ümumdünya Ticarət Mərkəzi qüllələrinin yanında yerləşən Oculus nəqliyyat qovşağını çəkmək üçün Nyu-Yorka yola düşüblər.

Modern.az saytı xəbər verir ki, “Qafqazinfo”nun buro247.az-a istinadən məlumatına görə, Oculus stansiyasının tikintisi 12 il çəkib. O, 11 metropoliten xəttini, şəhərkənarı dəmiryol stansiyasını və bərə keçidini birləşdirir. Buradan sutkada 250 minə yaxın sərnişinin keçəcəyi gözlənilir. Stansiya həm də Nyu-Cersiyə şəhərkənarı elektrik dəmiryolu xəttinə də xidmət göstərir və Ümumdünya Ticarət mərkəzi qüllələrinə piyada keçidini təmin edir.

Yeni fotolar binanın ifadəliliyini və layihənin konsepsiyasını ideal vurğulayır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü