Modern.az

Masallıda istirahət mərkəzi yanıb

Masallıda istirahət mərkəzi yanıb

10 Sentyabr 2016, 00:04

Masallıda yanğın hadisəsi qeydə alınıb.  Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Masallı şəhərində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 72 m2 olan lambirdən ibarət 3 otaqlı kotecin 2 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 50 m2 sahədə yanıb.

 

Kotecin qalan hissəsi, yaxınlıqdakı digər koteclər və meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü