Modern.az

Hüsnü Mübarək müalicədən imtina edib

Hüsnü Mübarək müalicədən imtina edib

Dünya

16 Fevral 2011, 14:34

Modern.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, Misirin sabiq prezidenti Hüsnü Mübarəkin səhhəti pişləşərək dramatik həddə çatıb. Bir neçə gündür ki, səhhətində ciddi problemlər yaşayan H.Mübarək müalicədən imtina edib. Misirə 33 il rəhbərlik edən 82 yaşlı eks-lider vəziyyətini ağır olmasına baxmayaraq, xaricdə müalicə olmaq istəmədiyini bildirib. O, ölkədə qalmaq istədiyini vurğulayıb.

Xatırladaq ki, Hüsnü Mübarək  Misirdə baş verən etiraz aksiyalarından sonra prezidenbtlik postundan istefa edərək, hakimiyyəti ordu komandalarına verib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir