Modern.az

İqbal Ağazadə: “Novruz bayramınadək ərzağın qiyməti qaldırılmasın”

İqbal Ağazadə: “Novruz bayramınadək ərzağın qiyməti qaldırılmasın”

Parlament

22 Fevral 2011, 13:59

Modern.az-ın məlumatına görə, Milli Məclisin bu günkü iclasında çıxış edən deputat İqbal Ağazadə bildirib ki, Azərbaycanın İran və Türkiyə ilə viza rejiminin ləğv olunmasına dair təklifləri düzgün saymır. “Azərbaycan İran və Türkiyə ilə viza rejimini ləğv etməməlidir. Çünki həm İranda, həm də Türkiyədə Azərbaycanı sevməyən separatçı qüvvələr var. Onların Azərbaycana sərbəst gəlib-getməsinə şərait yaratmaq olmaz. İrandan, Türkiyədən Azərbaycana gələn bəzi insanlar səmimi deyillər,  müəyyən məqamlardan istifadə etməyə  çalışırlar”.

İqbal Ağazadə ölkənin ticarət şəbəkəsində son vaxtlar baş verən qiymət artımına da diqqət çəkib. O bildirib ki, hökümət martın 15-də hesabat verəcək. O zaman hökumətin qarşısında məsələ qaldırmaq lazımdır ki, heç olmasa Novruz bayramına qədər bazarlarda, xüsusən də ərzaq bazarlarında qiymət qaldırılmasın.
Deputat həmçinin martın 15-də hökümətin hesabat zamanı, müdafiə nazirinin də gəlib hesabat veməsini vacib hesab edib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır