Modern.az

Müəmmər Qəddafi qəti qərar verdi - istefaya getməyəcək!

Müəmmər Qəddafi qəti qərar verdi - istefaya getməyəcək!

22 Fevral 2011, 23:00
Liviya lideri Müəmmər Qəddafi televiziya ilə xalqa müraciət edib. Onun sözlərinə görə, qorxaqlar və xainlər dünyanı Liviyada hərc-mərcliyin olduğuna inandırmağa çalışırlar, ölkənin nüfuzuna zərbə vurmaq istəyirlər. (BBC)

O, deyib ki, özünü İnqlab lideri sayır və həyatından bu yolda keçməyə hazırdır. Qəddafi deyib ki, öz ölkəsində şəhid olmağa hazırdır. Tripolinin amerikalılar tərəfindən bombardman edilməsini yada salaraq, polkovnik Qəddafi deyib ki, fövqəlqüclər bilir ki, onu yıxmaq mümkün deyil. Onun sözlərinə görə, bir dəstə xəstə adam Tunis və Misir hadisələrini Liviyada təkrar etməyə çalışır. Polkovnik Qəddafi deyib ki, Liviyada hakimiyyət ona yox - xalqa məxsusdur. O, ölkə boyu bələdiyyə komitələrinin yaradılmasına çağırıb.

Benqhazi şəhərinə nəzarəti götürən müxalifətçiləri Müəmmər Qəddafi kəskin pisləyib. Qışqıra-qışqıra danışaraq yumruq silkələyən Qəddafi tərəfdarlarını küçələrə çıxmağa və onun təbirincə "narkotiklənmiş həşaratlara" cavab verməyə səsləyib.
"Lazım gəlsə gücdən istifadə olunacaq - lakin beynəlxalq qanunvericiilik çərçivəsində".
Qəddafi polis qüvvələrinin gücləndiriləcəyini vəd edib. O deyib ki, istefaya getmək fikri yoxdur. Ölkə rəhbərinin sözlərinə görə, Liviyanı Əfqanistana çevirməyə çalışan bir qrup terrorçu tutulub tərksilah edilməlidir.

Liviyada müxalifətlə hakimiyyət tərəfdarları arasında baş verən toqquşmlar nəticəsində ölənlərin sayı 800 nəfərə çatıb. "Əl-Ərəbiyyə” telekanalı belə məlumat yayıb.

Liviyada müxalifətlə hakimiyyət arasında toqquşmlar fevralın 15-dən başlayıb. Müxalifət 40 ildən artıq hakimiyyətdə olan Müəmmar Qəddafinin istefa verməsini tələb edir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı