Modern.az

BANM-də Türkmənistan günü

BANM-də Türkmənistan günü

Aktual

27 Oktyabr 2016, 10:56

Türkmənistan Respublikasının Azərbaycandakı səfirliyinin I katibi – konsul Batır Recepov və səfirliyin məsul əməkdaşları Bakı Ali Neft Məktəbində (BANM) olublar.

 

BANM-in Ömür boyu təhsil fakültəsinin dekanı professor Rəna Mustafayeva tədbiri giriş nitqi ilə açaraq Ali Məktəbin rektoru adından qonaqları salamlayıb. Fakültə dekanı Türkmənistan-Azərbaycan əlaqələrindən, bu əlaqələrin iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində inkişafından danışıb. Rəna Mustafayeva BANM haqqında qonaqlara məlumat verərək, bu ali təhsil müəssisəsinin respublikada nüfuzlu Ali Məktəb olduğunu vurğulayıb.

 

Türkmənistan Respublikasının Azərbaycandakı səfirliyinin I katibi – konsul Batır Recepov səmimi görüşə görə təşəkkür edib. O, Türkmənistanın 25 illik müstəqillik dövründə keçdiyi siyasi, iqtisadi inkişaf yolunun tarixindən danışıb. Batır Recepov Türkmənistan dövlətinin uğurları və ölkədə həyata keçirilən irimiqyaslı layihələr haqda məruzə ilə çıxış edib.

 

Tədbir iştirakçıları, həmçinin səfirlik tərəfindən təqdim edilmiş kitabların sərgisi ilə tanış olublar.

 

 Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü