Modern.az

Yeni birinci ledini Nyu-Yorkdan “qovurlar”  

Yeni birinci ledini Nyu-Yorkdan “qovurlar”   

Aktual

4 Dekabr 2016, 00:02

Nyu-Yorkda 100 min nəfərə yaxın adam ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanın inauqurasiyadan sonra şəhəri tərk etməsi ilə bağlı petisiya imzalayıb.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, bundan əvvəl Donald Tramp və onun ailəsinin təhlükəsizliyinin təmin olunmasının Nyu-York hökumətinə gündə 1 milyon dollara başa gəldiyi açıqlanıb.

 

“Əgər bu qərar qəbul olunacaqsa, yalnız onlar (Tramp cütlüyü) buna görə xərci ödəməlidir,  Nyu-Yorkun vergi ödəyiciləri yox. Həmin pul isə yollara, məktəblərə, nəqliyyata, sanitariyaya, yeni iş yerlərinin açılmasına və şəhərin digər xərclərinə ayrılmalıdır”, - petisiyanı imzalayanlar deyiblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir