Modern.az

Putin: Birqütblü dünya yaratmaq səyləri baş tutmadı

Putin: Birqütblü dünya yaratmaq səyləri baş tutmadı

4 Dekabr 2016, 15:04

Rusiya prezidenti Vladimir Putin birqütblü dünya yaratmaq səylərinin uğursuzluğa düçar olduğunu, dünya arenasında balansın bərpa olunduğunu bildirib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki,V. Putin NTV telekanalında Azərbaycan əsilli jurnalist İradə Zeynalovanın aparıcısı olduğu “Həftənin yekunları” proqramına müsahibəsində deyib ki, vəziyyət dəyişir.

 

Rusiya prezidenti nəzərə çatdırıb ki, artıq bir çox tərəfdaş ölkələr Rusiya ilə beynəlxalq hüquq prinsipləri ilə davranmağa üstünlük verir, çünki dünyada balans bərpa olunur: “Rusiya öz milli maraqlarını qoruyaraq başqalarının da maraqlarına hörmətlə yanaşır”. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü