Modern.az

Tənha qaçqın və məcburi köçkün qadınlara dəstək - FOTO

Tənha qaçqın və məcburi köçkün qadınlara dəstək - FOTO

Aktual

5 Dekabr 2016, 16:57

“Ayna” Qaçqın və Məcburi Köçkün Qadınlar İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Tənha qalmış qaçqın və məcburi köçkün qadınlarına könüllülər tərəfindən sosial xidmətinin təşkili “ tədbirlərini həyata keçirib.

 

Tədbirlərdə tənha qadınların qidalanmasının vəziyyətinin müşahidə ilə bağlı, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər arasında məlumatlandırma və maarifləndirmə təşkil olunub.

 

Müzakirələrdə qaçqın və məcburi köçkün qadınlar arasında sağlam qidalanma barədə geniş məlumatların yayılması zərurəti vurğulanıb. Sağlam qidalanmaq haqqında geniş biliyin icmalarda yayılması məqsədi ilə təhsil müəssisələrində oxuyanlar arasında dəstək qruplarının formalaşmasına ehtiyac olduğu qeyd edilib.

 

Tədbirdə vəziyyət təxirəsalınmaz tədbirlərin görülməsini, tənha qadınların arasında qidalanmanın yaxşılaşdırılmasına doğru yönəldilmiş profilaktik və kompleks proqramların işlənib hazırlanmasının vacibliyi qeyd olunub.

Bu problemin həlli, ərzaq məhsullarının keyfiyyətinin yaxşılaşdırımasını, yeməklərin çeşidinin artırılmasını, tənha qadınların qidalanmaya peşəkar nəzarətin təşkil edilməsini, qidalanma mədəniyyətinin yüksəldilməsi ilə məşğul olan aidiyyatı organlarla əməkdaşlıq kimi tədbirlərin həyata keçirilməsini tələb edir. Layihədəki problemin həlli sağlamlığının qorunmasına xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsi məqsədinə nail olmaq hədəfinə istiqamətlənib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü