Modern.az

Daşnaklar Sarkisyana ultimatum verdilər

Daşnaklar Sarkisyana ultimatum verdilər

Aktual

17 Dekabr 2016, 17:43

Erməni İnqilabçı Cəbhəsinin (Daşnaksütytun) nümayəndələri Ermənistan prezidenti Serj Sərkisyana “Çiçəklən Ermənistan” Partiyasının keçmiş lideri Qaqik Tsarukyanın siyasətə qayıtması fikrindən guya vaz keçməyə razılaşdırması ilə bağlı ultimatum vereiblər.

 

Modern.az xəbər verir ki, bu haqda “Jamanak” qəzeti yazıb.

“Bizə çatan məlumata görə, Daşnaksütyunun nümayəndələri bu məsələ ilə bağlı fövqəladə hallar naziri Armen Yeritsyanın dəfni üçün Ermənistana gələn və Qaqik Tsarukyanla münasibətləri “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyana da müraciət ediblər. Ancaq Bako Saakyan Tsarukyanın şəxsi qərarı olduğunndan bu məsələyə qarışmaqdan imtina edib”, - qəzet yazıb.


“Jamanak” onu da qeyd edir ki, Tsarukyanın siyasətə qayıtmaması ilə bağlı Serj Sərkisyana “Erməni dirçəlişi” partiyasının sədri Artur Baqdasaryan da müraciət edib. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü