Modern.az

“İndi hər şey Azərbaycandan asılıdır” - Georgi Qaxariya

“İndi hər şey Azərbaycandan asılıdır” - Georgi Qaxariya

Dünya

19 Yanvar 2017, 23:02

“Əgər strateji tərəfdaşımız olan Azərbaycan və SOCAR şirkəti bizə kifayət qədər təbii qaz verərsə, bizim “Qazprom”dan asılılığımız sıfıra bərabər olacaq. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya deyib.

Nazir bildirib ki, "Gürcüstan hökuməti yeni müqaviləni imzalamaqla “Qazprom”dan qaz almaq öhdəliyinə son qoyub. Bu da bizim enerji təhlükəsizliyimizə və siyasi müstəqilliyimizə xidmət edir. Biz istəsək, daha “Qazprom”dam qaz almaya bilərik. Yalnız, qazın Ermənistana nəqlinə görə “Qazprom”dan nağd pul alacağıq".

“İndi hər şey Azərbaycandan asılıdır. Əgər strateji tərəfdaşımız olan Azərbaycan bizə lazım olan həcmdə “mavi yanacaq” verərsə, bizim “Qazprom”dan asılılığımız olmayacaq. İnanırıq ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır və bizi “mavi yanacaqla” tam təmin edəcək”, - deyə Qaxariya vurğulayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı