Modern.az

Çempionlar Liqasında  daha iki 1/4 finalçı bəlli oldu

Çempionlar Liqasında  daha iki 1/4 finalçı bəlli oldu

Aktual

15 Mart 2017, 09:12

Ötən gecə UEFA-nın Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Modern.az xəbər verir ki, həmin oyunlar nəticəsində 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.

İtaliya çempionu "Yuventus" öz meydanında "Portu"nu qəbul edib. Portuqaliyada keçirilən ilk oyunda 2:0 hesabı ilə qalib gələn "Yuventus" bu dəfə də rəqibindən üstün olub - 1:0.

İngiltərə Premyer Liqasının son qalibi "Lester" öz meydanında "Sevilya"ya 2:0 hesabı ilə qalib gəlib. İspaniyada keçirilən ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanmışdılar.



14 mart

Çempionlar Liqası 

1/8 final mərhələsi, cavab oyunları

23:45. “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya) - 1:0
İlk oyun
- 2:0

23:45. “Lester” (İngiltərə) - “Sevilya” (İspaniya) - 2:0
İlk oyun
- 1:2



15 mart

23:45. “Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə)
İlk oyun
- 3:5

23:45. “Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun
- 4:2



8 mart

“Barselona” (İspaniya) - PSJ (Fransa) 6:1
İlk oyun
- 0:4

“Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya) 4:0
İlk oyun
- 0:1



7 mart

“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 1:5
İlk oyun
- 1:5

“Napoli” (İtaliya) - “Real” (İspaniya) - 1:3
İlk oyun
- 1:3

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü