Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri bayram günlərində işləyəcək.
Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
“Novruz bayramı ilə əlaqədar mart ayının 19-dan 27-dək olan müddətdə qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək”-,deyə nazirlik bildirib.
Modern.az