Modern.az

Ödənişli elektron sınaq imtahanlarına yazılış başlayıb

Ödənişli elektron sınaq imtahanlarına yazılış başlayıb

Aktual

29 Mart 2017, 12:39

Aprelin 1-dən 9-dək keçiriləcək ödənişli elektron sınaq imtahanına yazılış davam edir. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq. Test nümunələri yeni olmaqla yanaşı, imtahan fənləri üzrə qəbul proqramına və imtahan modelinə tam uyğun hazırlanıb.

Modern.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi bildirib ki, elektron sınaq imtahanında iştirak abituriyentlərə qəbul imtahanlarına hazırlıq səviyyələrini yoxlamaqla yanaşı, onların testlərlə işləmək vərdişlərinin artmasına da kömək edəcək.

Elektron sınaq imtahanı abituriyentlərə imtahandan sonra yenidən test suallarına baxmaq, onları təhlil etmək, öz cavablarını etalon cavablarla müqayisə etmək imkanı da yaradır.

Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. Ödəniş (10 manat) etmək qaydaları ilə saytda tanış ola bilərsiniz.

İmtahan müddəti 3 saatdır.

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir