Modern.az

Güclü külək Goranboyu işıqsız qoydu

Güclü külək Goranboyu işıqsız qoydu

1 Aprel 2017, 00:16

Güclü külək Goranboy rayonunun elektrik təsərrüfatına ciddi ziyan vurub. Modern.az "Report"a istinadən xəbər verir ki, güclü  külək nəticəsində Goranboyun mərkəzinin bir hissəsi, habelə rayonun 15-dən artıq kənd işıqsız qalıb.

Güclü külək zamanı bəzi ərazilərdə elektrik naqillərinin qırılaraq bir-birinə toxunması nəticəsində bir neçə transformator sıradan çıxıb. Rayonun ən böyük yaşayış məntəqələri olan Qızılhacılı, Balakürd, Boluşlu, Zeynallı kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda Goranboy Elektrik Şəbəkəsinin əməkdaşları küləyin fəsadlarının aradan qaldırılmasına çalışırlar. Goranboy Elektrik Şəbəkəsindən verilən məlumata görə, külək davam etdiyindən elektrik enerjisinin bərpası prosesi çətinləşib. Bu səbəbdən kəndlərdə enerjinin verilişində yaranmış problem sabah səhər saatlarında həllini tapacaq.

Qeyd edək ki, martın 20-dən 21-ə keçən gecə güclü külək rayonun 20-ə yaxın kəndini işıqsız qoymuşdu.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü