Modern.az

Totti futbolla vidalaşır

Totti futbolla vidalaşır

Aktual

4 May 2017, 11:55

Seriya A-nın nəhəng klublarından olan  Romanın  yeni məşqçisi "Monçi" ləqəbli Ramon Rodriqez, əfsanəvi futbolçu Françesko Tottinin mövsüm sonunda karyerasını bitirəcəyini açıqlayıb.

 

Modern.az  bildirir ki, İtaliya mediasına açıqlama verən Monçi, klubun kapitanı Tottinin gələcəyinə dair fikirlərini bölüşüb.

 

İtalyan futbolçunun təqaüdə çıxdıqdan sonra 2017-2018-ci il mövsümündə texniki heyətə qoşulacağını bildirən ispan məşqçi, Françesko ilə bağlı bunları deyib.

 

"Françesko Totti, Roma deməkdir. Onunla mümkün qədər yaxın olmaq istəyirəm. Onun bildiklərinin sadəcə yüzdə birini öyrənmək məni çox şad edər".

Totti, paytaxt klubunda 782 oyun keçirib. 306 qol vurub.

1992-1993 cü il mövsümündə paytaxt klubunda debüt edən oyunçu, peşəkar karyerasında başqa bir kluba keçid etməyib. 25 mövsümdür  Roma klubunda oynayan 40 yaşlı futbolçu karyerasında mühüm uğurlara imza atıb.

2001-ci ildə Seriya A çempionluğu ilə yanaşı, İtaliya super kubokunu qazanan təcrübəli oyunçu, 2007 ci ildə İtaliya kuboku və super kubokunu yenidən qazanıb.

 

Fransada keçirilən Avropa çempionatında final mərhələsinin ən yaxşı oyunçu seçilen Totti, 2006-cı ildə İtaliya milli komandasında dünya çempionu olub.

 

“Romanın kralı” və “qladyator”  ləqəbləri ilə tanınan Françesko, İtaliya liqasında ən çox qol vuran futbolçular siyahısında 2-ci yerdə dayanır.

 

Məcid Əmirov

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı