Modern.az

Fövqəladə Hallar Nazirliyi çimərlik mövsümünə hazırlığa başlayıb

Fövqəladə Hallar Nazirliyi çimərlik mövsümünə hazırlığa başlayıb

Aktual

8 May 2017, 17:02

 İyun ayının ilk ongünlüyündə çimərlik mövsümü açıq elan olunacaq.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin ( DSXX) xilasetmə və dalğıc işləri üzrə şöbə müdiri Elsevər Həsənov məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, Xidmət hələ qış dövründən başlayaraq çimərlik mövsümünə hazırlığa başlayır:

“Xidmətin Bakıda və Abşeronda yerləşən 25 struktur bölməsində, respublikanın rayonlarında fəaliyyət göstərən strukturlarında tədris-metodik toplantılar keçirilib. Toplantılarda həm çimərlik mövsümünə hazırlıq, həm axtarış-xilasetmə işlərinin təşkili, həm də əməkdaşların peşə hazırlığının yüksəldilməsi məsələlərinə diqqət ayrılıb. Bununla paralel olaraq Xidmət əməkdaşlarının fiziki-peşə hazırlıqlarının artırılması məqsədilə Bakıda və rayonlarda üzgüçülük hovuzları icarəyə götürülüb. Onların üzmə qabiliyyətinin formada saxlanılması üçün mütəmadi olaraq məşğələlər keçirilib. Hazırda dalğıc hazırlıq kursları davam edir. Kurslara 20 nəfər əməkdaş cəlb olunub”.

E.Həsənov deyir ki, ölkəyə gələn turistlərin sayını çoxalması səbəbindən çimərlik mövsümünə hazırlıq işləri daha da sürətlənib:

“Əsas diqqət İslam Həmrəylik Oyunları zamanı gələcək turistlərin təhlükəsizliklərinin təmin olunmasına yönəlib. Hazırda sahilboyu ərazilərdə, o cümlədən Lökbatan, Şıx çimərliyində, Milli Parkda yerləşən struktur bölmələrimiz gücləndirilmiş iş rejimində çalışır. Eyni zamanda, əməkdaşlarımız Dövlət Neft Şirkəti tərəfindən təşkil olunan kurslarda da iştirak edirlər. Bakının 6 rayonunda-Qaradağda, Səbail, Xəzər, Binəqədi, Sabunçu və Suraxanın çimərlik ərazilərində həmin rayonların rəsmilərilə birgə monitorinqlər keçirmişik. Monitorinqlər zamanı çimərliklərin sahilboyu ərazilərindəki mövcud vəziyyət öyrənilib. Qeydə alınmış çatışmazlıqlar, nöqsanlar və onların aradan qaldırılması ilə bağlı müşavilərlər keçirilib”.


Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü