Modern.az

Övladını görmək üçün gedən ata oğurluq edib

Övladını görmək üçün gedən ata oğurluq edib

Aktual

14 May 2017, 22:13

Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlanıb. Modern.az  Lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən 1984-cü il təvəllüdlü Alışova Gülnarə Telman qızı bildirib ki, keçmiş həyat yoldaşı onun evindən oğurluq edib.

Qadın qeyd edib ki, bir müddət əvvəl boşandığı Elçin Şirəliyev övladını görmək bəhanəsi ilə evə gəlib və gizli yolla qızıl üzüklə 2 cüt sırğanı götürərək gedib.

Müraciət əsasında araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı