Modern.az

Deputat azərbaycanlıların istəyini BMT Baş katibinə çatdırıb

Deputat azərbaycanlıların istəyini BMT Baş katibinə çatdırıb

Təhsil

8 May 2011, 15:55

Türkiyənin İstanbul şəhərində keçirilən Ümundünya Qadın Sammitində iştirak edən millət vəkili, AŞPA-nın Qadın kişi bərabərliyi komitəsinin üzvü Qənirə Paşayeva sammit çərçivəsində BMT-nin Baş katibi Pan Ki Munla görüşüb.  Sammitin sonuncu günündə dünyanın onlarla ölkəsindən gəlmiş ictimai-siyasi həyatda, dövlətin idarə edilməsində, biznesdə, qeyri-hökumət sektorunda nüfuz qazanmış qadınlar qarşısında çıxış edən BMT-nin Baş katibi Pan Ki Mun dünyada qadınların rolunun daha da artırılmasının vacibliyi və bunun dünyanın bu günü və gələcəyi üçün nə qədər böyük önəm daşımasının vacibliyini vurğulayıb.

Çıxışdan sonra BMT-nin Baş katibi sammitdə iştirak edən bir qrup qadınla görüşüb. Millət vəkili Qənirə Paşayeva BMT-nin Baş katibinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, minlərlə azərbaycanlını qətlə yetirməsini, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsini, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılmasını, Azərbaycanın və dünyanın qədim mədəniyyət beşiyi Şuşada və ümumiyyətlə işğal etdiyi bütün Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini, 1 milyon azərbaycanlının 15 ildən artıqdır ki, öz yudr-yuvasına dönməsinə imkan verməməsini özündə əks etdirən kitabları və materialları Pan Ki Muna təqdim edib və bütün  azərbaycanlıların ondan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində Baş katib kimi səylərini daha da artırmasını gözlədiklərini bildirib.  

Sammitin sonuncu günü millət vəkli Qənirə Paşayeva dünyanın müxtəlif bölgəsindən gəlmiş qadınlarla görüşlərdə Ermənistanın 19 il əvvəl may ayının 8-də Azərbaycanın və dünyanın qədim mədəniyyət beşiyi Şuşanı işğal etdiyini, burada azərbaycanlılara məxsus bütün tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini, məcburi köçkün həyatı yaşayan şuşalıların 19 ildir öz evlərinə dönmələrinə imkan verməmələri və ümumiyyətlə Ermənistanın Azərbaycan torpaqlarının işğalı ilə bağlı ətraflı məlumatlar və materiallar təqdim edib.  

Qeyd edək ki, İstanbulda keçirilən Ümundünya Qadın Sammiti 3 gün ərzində keçirilən müzakirələrdən sonra başa çatıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır