Modern.az

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Bakıya gəlib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Bakıya gəlib

9 May 2011, 20:04

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç mayın 9-da Bakıya gəlib.

Mayın 10-da Miyatoviçin rəsmi görüşləri başlanır. ATƏT-in Bakı Ofisinin sözçüsü Rəşad Hüseynov "Azadlıq" radiosuna nümayəndənin mayın 11-də «Qanunvericilik islahatları vasitəsilə Diffamasiyanın dekriminallaşdırılması» mövzusunda konfransda çıxış edəcəyini bildirib. Həmin konfransda media nümayəndələri, Prezident Adminstrasiyası, Milli Məclis və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Bu günlərdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, yaxın vaxtlarda parlamentin «Diffamasiya haqqında» Qanunu qəbul edəcəyi gözlənilir. Layihə artıq Milli Məclisə təqdim edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü