Modern.az

"Kral klubu"nda 2-ci türk futbolçu...

"Kral klubu"nda 2-ci türk futbolçu...

Təhsil

9 May 2011, 20:38
Bu mövsüm "Borussiya" (Dortmund) klubunun heyətində Almaniya Bundesliqasının çempionu olan türk futbolçu Nuri Şahin növbəti ildən İspaniya La Liqasında çıxış edəcək. 22 yaşlı gənc futbolçu bu gün "Real" (Madrid) klubu ilə 6 illik rəsmi müqavilə imzalayıb.

"Real" klubunun Nuri Şahin üçün Dortmund təmsilçisinə 10 milyon avro təzminat verdiyi bildirilir. Türkiyə yığmasının futbolçusu "Real"da hər ilinə 2,5 milyon avro qazanacaq.

Transferə münasibətini bildirən Nuri bu haqda belə danışıb: "Borussiya" ilə uşaqlıq xəyallarım gerçək oldu. Bu komanda ilə çempion olduğum üçün çox xoşbəxtəm. Ancaq "Real"ın təklifini cavabsız qoya bilməzdim".

Qeyd edək i, "Real"ın Türkiyə yığmasının digər futbolçusu Həmid Altıntopu da transfer edəcəyi gözlənilir. Lakin Altıntopun məsələsinə mövsümün sonunda aydınlıq gələcək.

"Real"da türk əsilli Məsud Özil də çıxış edir. Amma o, Almaniya yığmasının üzvüdür.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı