Modern.az

Bakıda 65 yaşlı kişini taxta ilə döyüb öldürdülər

Bakıda 65 yaşlı kişini taxta ilə döyüb öldürdülər

Aktual

4 İyul 2017, 10:34

Bakıda qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Rayonun İmran Qasımov küçəsi 7 saylı evə sərxoş vəziyyətdə gələn 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə M.Həsənov taxta parçası ilə Z.Səlimovu döyərək öldürüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü