Modern.az

Meksikada zəlzələ qurbanlarının sayı 58-ə çatdı - YENİLƏNİB

Meksikada zəlzələ qurbanlarının sayı 58-ə çatdı - YENİLƏNİB

Aktual

9 Sentyabr 2017, 01:02

Meksikada  baş verən zəlzələnin qurbanlarının sayı artır. Modern.az xarici mediaya istinadən xəbər verir zəlzələ nəticəsində 58 nəfərin öldüyü artıq dəqiqləşib. Ölənlərin sayının artacağı istisna edilmir.

 

21:55

 

Meksika sahillərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bundan əvvəl 32 nəfərin öldüyü bildirilirdi.

 

Meksikanın Milli Seysmoloji xidmətinin dəqiqləşdirilmiş məlumatına əsasən, sentyabrın 8-ə keçən gecə qeydə alınan yeraltı təkanların maqnitudası 8,2 olub.

 

Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.

 

17:16

 

Meksikanın Sakit okean sahillərində baş verən 8,2 bal gücündə zəlzələ 26 nəfərin ölülünə səbəb olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Oaxaka ştatının qubernatoru Alexandro Murat məlumat verib.

Onun sözlərinə görə zəlzələ 35 kilometr dərinlikdə baş verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı