Modern.az

BANM və Almaniyanın “Lucas-Nülle” şirkətinin əməkdaşlığı

BANM və Almaniyanın “Lucas-Nülle” şirkətinin əməkdaşlığı

Aktual

11 Oktyabr 2017, 11:10

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov  yüksək keyfiyyətli təlim  sistemlərinin inkişafı və istehsalı üzrə Almaniyanın tanınmış “Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Keppleri qəbul etmişdir. Qeyd edək ki, “Lucas-Nülle” şirkəti təhsil müəssisələri üçün müasir avadanlıqlar və proqram təminatı üzrə bir dünya lideridir.

 

Modern.az xəbər verir ki, BANM və “Lucas-Nülle” şirkəti arasında başlanmış əməkdaşlığın fəaliyyətindən öz razılığını bildirən Elmar Qasımov, şirkətin BANM-in yeni açılmış kampusu üçün işləyib hazırladıqları laboratoriyaların dünya standartlarına uyğun olduğunu,  həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BANM-in yeni kampusunun açılışı günü orada tələbələrin istifadəsi üçün hazırlanmış laboratoriyalara yüksək qiymət verməsinin bu əməkdaşlığın uğurlu nəticəsinin bəhrəsi olduğunu vurğuladı.      

 

“Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Keppler isə  Ali məktəbin rektoru cənab Elmar Qasımova birgə fəaliyyət nəticəsində əldə olunan uğurlara görə öz təşəkkürünü bildirərək, bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını bilidirib. O əməkdaşlığın yeni mərhələsi kimi, külək və günəş kimi bərpa olunan enerji üzərindən yeni laboratoriyaların quraşdırılması və eyni zamanda bu sahə üzrə BANM-in mütəxəssisləri üçün  Almaniyanın ixtisaslaşmış təlimçiləri tərəfindən təlimlərin keçirilməsi imkanlarından danışdı.

Tərəflər BANM  və “Lucas-Nülle” şirkətinin birgə fəaliyyətindən alınmış müsbət nəticələrini nəzərə alaraq, bu əməkdaşlığın daha da genişləndirilməsi və  davam etdirilməsininin zəruriliyini təsdiq etdilər.

 

Sonda xatirə şəkli çəkdirildi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü